AZ

Netanyahunun yeni videosu da süni intellektlə hazırlanıb? Şübhəli məqamlar

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrailin Baş naziri Binyamin Netanyahu haqqında yayılan ölüm xəbərlərinə son qoymaq üçün kamera qarşısına keçib. Kafelərin birində qəhvə içdiyi kadrları sosial şəbəkə hesabında paylaşan Netanyahu əvvəlki görüntülərinin süni intellekt məhsulu olması barədə şayiələri təkzib etməyə çalışıb. Lakin onun bu son videosu yeni müzakirələr doğurub.Demokrat.az-ın məlumatına görə sosial şəbəkə istifadəçiləri videoda bir sıra qeyri-adi məqamların olduğunu iddia edirlər. Ən çox diqqət çəkən detal kassa ekranındakı tarix olub. Ekranda 15 mart 2024-cü il tarixinin əks olunması ciddi suallar yaradıb.Videonu təhlil edən süni intellekt proqramları görüntünün 96,9 faiz ehtimalla süni intellekt vasitəsilə hazırlandığını bildirib. İstifadəçilər Netanyahu qəhvə içdikcə fincandakı mayenin səviyyəsinin dəyişməməsinə və qəhvənin dağılmamasına da diqqət çəkiblər.Netanyahu əllərini havaya qaldıraraq saxtakarlıq iddialarını susdurmağa cəhd etsə də, bu detallar hələ də cavabsız qalır.

İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
demokrat.az

1Mənbələr