AZ

“SİMA İmza” ilə əlavə xərclərdən azad ol

Mənfəət vergi bəyannamələri və maliyyə nəticələrinin təqdim edildiyi dövr kimi xarakterizə olunan mart ayı biznes sektoru üçün ilin ən məsuliyyətli dövrü sayılır. Vergi və mühasibatlıq sahəsində isə sənədləşmə işlərini tamamlamaq üçün əsas ehtiyaclardan biri elektron imzadır.

Bakıvaxtı.az xəbər verir ki, “SİMA İmza” biznes proseslərini rəqəmsallaşdırmaq məqsədilə fərdi sahibkarlar və hüquqi şəxslərə heç yerə getmədən, olduğu yerdən pulsuz şəkildə elektron imza əldə etmək imkanı yaradır. Artıq fikizi daşıyıcıya ehtiyac duymadan, heç bir sənəd toplamadan rəqəmsal imzanı 24/7 rejimində əldə etmək mümkündür. Bunun üçün “SİMA İmza” mobil tətbiqini yükləyib, qeydiyyatdan keçmək və biznes imza sertifikatı almaq kifayət edir.

“SİMA İmza” tətbiqində biznes imzası əldə edən hər bir sahibkar və hüquqi şəxs ilk 6 ay ərzində elektron imzadan tamamilə ödənişsiz istifadə edə bilər (qeydiyyat zamanı 6AYPULSUZ prmokodunu yazmaqla). 6 aydan sonra abunəliyi davam etdirmək istəyənlər üçün aylıq ödəniş 2.40 AZN təşkil edir. Abunəliyin 3 illik alışında isə büdcəyə maksimum qənaət etmək mümkündür. Belə ki, 3 illlik abunəlik haqqı cəmi 55 AZN-dir ki, bu məbləği aylar üzrə hesabladıqda 1.53 AZN-ə bərabər olur.

Qeyd edək ki, tariflərdə heç bir əlavə ödəniş və gizli xərc yoxdur.

Seçilən
7
8
bakivaxti.az

9Mənbələr