AZ

Dubay hava limanı dron hücumundan sonra fəaliyyətini bərpa EDİR

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Dubay hava limanı gecə baş verən dron hücumundan sonra bəzi uçuşları tədricən bərpa edir.

Redaktor.az xəbər verir ki, bu barədə Əmirlik hakimiyyəti sosial media hesablarında məlumat yayıb.

Paylaşımda bildirilib ki, Mülki Aviasiya İdarəsi ehtiyat tədbiri olaraq tətbiq edilən müvəqqəti dayandırmadan sonra Dubay Beynəlxalq Hava Limanından seçilmiş istiqamətlərə bəzi uçuşların bərpa olunduğunu elan edib.

Qeyd edilib ki, dünən gecə Dubay hökuməti beynəlxalq hava limanı yaxınlığında pilotsuz uçuş aparatının hücumu nəticəsində yanacaq çənlərindən birinə zərər dəydiyini açıqlayıb. Hadisə yerində yanğın baş verib.

İlkin məlumatlara görə, insident nəticəsində xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar olaraq Dubay Beynəlxalq Hava Limanı bir müddət təyyarələrin qəbulunu və yola salınmasını dayandırmışdı.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
redaktor.az

1Mənbələr