AZ

İtaliyada XIV Qış Paralimpiya Oyunları başa çatıb

İtaliyada XIV Qış Paralimpiya Oyunları başa çatıb. Oxuməni.az xəbər verir ki, bağlanış mərasimi bazar günü, martın 15-də Kortina d'Ampezzodakı stadionda keçirilib.

Ukrayna yığmasının tədbirdə iştirak etmədiyi Milli Paralimpiya Komitəsindən bildirilib. Boykotun səbəbi Rusiya və Belarus nümayəndə heyətlərinin iştirakı olub. Bu ölkələr öz bayraqları altında yarışlara buraxılmışdılar.

Daha əvvəl Kiyev açılışı da boykot etmişdi. Böyük Britaniya, Almaniya, Polşa, Çexiya, Niderland, Kanada, Finlandiya, Estoniya və Latviya yığmaları da analoji qərar qəbul etmişdilər.

Medal sıralamasında birinci yeri Çin yığması (15 qızıl, 13 gümüş və 16 bürünc), ikinci yeri isə ABŞ yığması (12 qızıl, beş gümüş və altı bürünc) tutub. Rusiya komandası ümumi medal sıralamasında üçüncü olub (8,1,3).

Qış Paralimpiya Oyunları martın 6-da başlayıb və martın 15-dək davam edib. Yarışlara Milan, Kortina d'Ampezzo, Tesero və Verona ev sahibliyi edib.

Almaz Həsənli

Seçilən
19
oxumeni.az

1Mənbələr