AZ

Eşli Koul baş məşqçisi təyin edildi

style='margin-bottom:10px;'>

İngiltərə millisinin sabiq müdafiəçisi, vaxtilə "Arsenal", "Çelsi"nin  formalarını geyinmiş Eşli Koul (Ashley Cole) İtaliyanın "Çesena" klubunun baş məşqçisi təyin edilib.

QOL.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin təyinatını klubun mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, tərəflər arasında imzalanan müqavilə 30 iyun 2026-cı ilə qədər nəzərdə tutulub və anlaşmada müddətin uzadılması ilə bağlı maddə də yer alıb.

Qeyd edək ki, E.Koul məşqçilik karyerası ərzində "Çelsi"nin gənclər komandasında çalışıb. O, həmçinin İngiltərə yığmasının gənclər və əsas komandasında, eləcə də "Everton", "Birmingem" klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Hazırda B Seriyasında çıxış edən “Çezena” 30 turdan sonra 40 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Seçilən
45
teleqraf.com

1Mənbələr