AZ

Qazaxıstanda referendum baş tutdu – Aktivlik necə olub?

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə keçirilən referendum baş tutmuş hesab edilib.

KONKRET.az xəbər verir ki, Nurlan Abdirov bildirib ki, ölkə daxilində və xaricdə keçirilən səsvermədə 9 127 192 nəfər iştirak edib. Bu isə seçicilərin 73,12%-ni təşkil edir.

Onun sözlərinə görə, səsvermədə iştirak edənlərin 7 954 667 nəfəri, yəni 87,15%-i Konstitusiyanın yeni layihəsinə “hə” deyə səs verib.

Referendum seçki hüququ olan vətəndaşların yarıdan çoxunun səsvermədə iştirak etməsi səbəbindən rəsmi olaraq baş tutmuş hesab olunub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
56
1
konkret.az

2Mənbələr