AZ

FHN: Azərbaycanda ötən həftə 219 yanğına çıxış qeydə alınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 219 yanğına çıxış qeydə alınıb.

Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, həmçinin 37 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 48 nəfər xilas edilib, 8 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, bağlı qapı arxasında 1 nəfərin meyiti aşkar olunub.

Seçilən
61
41
sia.az

10Mənbələr