AZ

Qazaxıstanda referendum: Azərbaycanlı müşahidəçilərin rəyinə görə proses şəffaf keçib

Qazaxıstanda martın 15-də keçirilən referendum beynəlxalq müşahidəçilərin iştirakı ilə izlənilib. Prosesdə müxtəlif ölkələrdən gələn müşahidəçilərlə yanaşı, Azərbaycan nümayəndələri də səsverməni monitorinq edib. Onlar paytaxt Astanada və digər seçki məntəqələrində səsvermənin gedişini izləyərək təşkilati prosedurlarla tanış olublar.

Aznews.az xəbər verir ki, Qazaxıstanda referendumu izləyən Azərbaycan Respublikası Milli Məclisinin deputatı və TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Məlahət İbrahimqızı bildirib ki, seçki prosesi beynəlxalq standartlara uyğun həyata keçirilib və səsvermə şəffaf olub.

Deputat Astanada onlarla seçki məntəqəsində müşahidələr apardıqlarını qeyd edib: “Məntəqələrin təşkili beynəlxalq standartlara tam cavab verirdi”.

O əlavə edib ki, seçki məntəqələrində seçicilərlə, yerli müşahidəçilərlə və komissiya üzvləri ilə aparılan görüşlər referendumun açıq və azad şəraitdə təşkil olunduğunu göstərib: “Seçicilərlə həm məntəqələrdə, həm də kənarda söhbətlərimiz zamanı onların referenduma çıxarılan məsələlərə dəstək verdiklərini və fəal iştirak etdiklərini gördük”.

Məlahət İbrahimqızı referendumun Qazaxıstanın demokratik inkişafı baxımından mühüm addım olduğunu vurğulayıb.

Digər azərbaycanlı müşahidəçi, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü Nailə Əsgərova isə səsvermənin təşkilati baxımdan yüksək səviyyədə olduğunu bildirib.

Seçilən
36
3
aznews.az

4Mənbələr