AZ

Balaxanı Sənaye Parkına indiyə qədər yatırılan investisiyanın həcmi açıqlanıb

Bakı. Trend:

Balaxanı Sənaye Parkı 2017-ci ildən fəaliyyət göstərir. Parkaümumilikdə 57 milyon manat investisiya qoyulub.

Trend xəbərverir ki, bunu “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinin rəhbəriOrxan Cabbarov WUF13 çərçivəsində jurnalistlər üçün “Təmiz Şəhər”ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turu zamanıbildirib.

Onun sözlərinə görə, bu müddət ərzində müəssisələr tərəfindənümumi dəyəri 416 milyon manat olan məhsul istehsal edilib:

"Təkara emalla istehsal edilən məhsulun 32 milyon manatlıqhissəsi xarici ölkələrə ixrac olunub. Parkda işlənmiş mühərrik vəqida yağlarının təkrar emalı həyata keçirilir. Dövlət tərəfindəntullantıların düzgün idarə olunmasına dəstək verilir. Rezidentlərəlavə dəyər vergisindən, torpaq vergisindən, həmçinin istehsal üçüngətirilən avadanlıqlara görə gömrük rüsumlarından azadedilirlər.

Tullantıların düzgün idarə olunması dayanıqlı şəhər modelininformalaşdırılması üçün mühüm əhəmiyyət daşıyır".

Seçilən
4
1
az.trend.az

3Mənbələr