AZ

Yenidən “Barselona”nın prezidenti oldu


Joan Laporta üçüncü müddətə İspaniyanın “Barselona” futbol klubunun prezidenti seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, seçkilər martın 15-də baş tutub və yekun nəticələr 16 martda elan olunub.
Laporta səslərin 68,18%-ni (32 934 səs) toplayıb. Onun rəqibi Viktor Font isə səslərin 29,78%-ni (14 385 səs) qazanıb.
Qeyd edək ki, 63 yaşlı Laporta 2021-ci ildən bəri “Barselona”nın prezidentidir. O, əvvəllər bu vəzifəni 2003-cü ildən 2010-cu ilə qədər tutub. Onun rəhbərliyi altında komanda altı İspaniya çempionluğu, üç İspaniya Kuboku, iki Çempionlar Liqası, bir UEFA Super Kuboku və bir Klublararası Dünya Kubokunu qazanıb.
Seçilən
27
1
yeniavaz.com

2Mənbələr