AZ

İran: Casusluqda ittiham olunanlara qarşı güzəşt edilməyəcək

İran:

İran Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsüni-Ejei ABŞ və İsrailin təcavüzü şəraitində düşmənlə əməkdaşlıqda şübhəli bilinən şəxslərə qarşı hökmlərin sürətli və güzəştsiz şəkildə çıxarılmasına çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.

"Müharibə vəziyyətini nəzərə alaraq, xalqın təhlükəsizliyini təhdid etməkdə ittiham olunan şəxslərin işlərinə baxılmasını və qərarların qəbulunu sürətləndirmək lazımdır. Lakin prosesin sürətləndirilməsi dəqiqlik və ədalətdən imtina etmək demək deyil. Müharibə və iğtişaşlar şəraitində cinayət törədən və təcavüzkar düşmənlə əlaqəsi olan şəxslər barəsində qəti hökmlərin icrasında da ləngiməyə və güzəştə yol verilməməlidir", — deyə o bildirib.

Məryəm Quliyeva

Seçilən
13
xalqcebhesi.az

1Mənbələr