AZ

“Formula 1” haqqında film “Ən yaxşı səs” nominasiyasında Oskar qazandı

“F1” filmi “Ən yaxşı səs” nominasiyasında Oskar mükafatına layiq görülüb.

İdman.Biz xəbər verir ki, film xəyali “Formula 1” komandası və veteran pilot Sonni Heysin geri dönüşündən bəhs edir. Həmin obrazı məşhur aktyor Brad Pitt canlandırıb.

Ekran əsəri ümumilikdə dörd nominasiyada "Academy Awards" mükafatına namizəd göstərilmişdi və onlardan birində qalib gəlib.

Mükafatın 98-ci təqdimetmə mərasimi martın 15-dən 16-na keçən gecə baş tutub. Ən yaxşı film mükafatını Bitva za bitvoy qazanıb. Formula 1 haqqında film isə “Ən yaxşı səs” nominasiyasında qalib olub.

Məlumat üçün əlavə edək ki, “F1” 2025-ci ildə ABŞ-li rejissor Cisep Kosinski tərəfindən çəkilmiş idman dramı janrında bədii filmdir. Filmdə əsas rolları Bred Pitt, Javier Bardem və Damson İdris ifa edirlər.

İdman.Biz
Seçilən
1
1
idman.biz

2Mənbələr