AZ

Azərbaycan qlobal problemlərin müzakirəsində aparıcı platforma rolunu gücləndirir ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 mart, AZƏRTAC

XIII Qlobal Bakı Forumu bir daha göstərdi ki, Bakı artıq qlobal səviyyədə mühüm siyasi dialoq və fikir mübadiləsi məkanlarından birinə çevrilib. Dünyanın müxtəlif regionlarını təmsil edən dövlət və hökumət nümayəndələrinin, sabiq prezident və baş nazirlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də nüfuzlu alim və ekspertlərin iştirakı bu platformanın beynəlxalq nüfuzunu və əhəmiyyətini aydın şəkildə nümayiş etdirdi. Forum çərçivəsində qlobal təhlükəsizlik, yeni dünya nizamı, beynəlxalq əməkdaşlıq və müasir geosiyasi proseslər kimi aktual məsələlər geniş müzakirə olundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

O qeyd edib ki, artıq ənənə halını alan Qlobal Bakı Forumu illər ərzində qlobal çağırışların müzakirə olunduğu nüfuzlu platformaya çevrilib. Müxtəlif ölkələrdən yüksək səviyyəli qonaqların iştirakı tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır. Bu platforma dövlətlər və siyasi institutlar arasında dialoqun genişlənməsinə, fikir mübadiləsinin aparılmasına və qlobal problemlərin həlli istiqamətində ortaq yanaşmaların formalaşdırılmasına xidmət edir.

“Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də tədbirin beynəlxalq əhəmiyyətinə diqqət çəkərək bildirib ki, Qlobal Bakı Forumu artıq qlobal gündəlikdə duran mühüm məsələlərin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Dövlətimizin başçısı vurğulayıb ki, dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda dövlətlər arasında dialoqun və qarşılıqlı etimadın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident, həmçinin çıxışında təhlükəsizlik məsələsinin müasir beynəlxalq münasibətlər sistemində prioritet istiqamətlərdən biri olduğunu da qeyd edib. Dövlətimizin başçısının sözlərinə görə, təhlükəsizlik və sabitlik təmin olunmadan digər sahələrdə davamlı inkişafdan danışmaq mümkün deyil. Bu baxımdan beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinin qorunması və əməkdaşlıq mühitinin gücləndirilməsi qlobal sabitliyin təmin olunmasının əsas şərtlərindəndir”, - deyə M.Məmmədli bildirib.

Onun sözlərinə görə, Forum çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də enerji təhlükəsizliyi olub. Çünki bu gün enerji təhlükəsizliyi bir çox ölkələrin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycanın həyata keçirdiyi enerji layihələri isə regionda və daha geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bu gün Azərbaycan qazı bir sıra dövlətlərə ixrac olunur və ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda, Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələr ölkənin regional və qlobal əməkdaşlıqda rolunu daha da gücləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində reallaşdırılan təşəbbüslər Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrildiyini göstərir.

“XIII Qlobal Bakı Forumu bir daha təsdiqlədi ki, Azərbaycan qlobal problemlərin müzakirəsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır. Forum çərçivəsində səsləndirilən fikirlər, aparılan müzakirələr və irəli sürülən təşəbbüslər beynəlxalq dialoqun gücləndirilməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və qlobal səviyyədə sülhün, sabitliyin möhkəmlənməsinə töhfə verir”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
3
azertag.az

4Mənbələr