AZ

Kuryerə gözlənilməz iftar sürprizi: Özü də inanmadı - VİDEO

Türkiyədə iftar vaxtı yemək sifarişi aparan kuryer sürprizlə qarşılaşıb.

Azreform.info xəbər verir ki, hadisə İstanbul şəhərinin Beylikdüzü ərazisində baş verib.

Belə ki, Merve adlı qadın “Trendyol”dan yemək sifariş edib. Sifarişdən sonra o kuryerə mesaj yazaraq yeməyi onun üçün sifariş etdiyiniz yazıb.

Qadın “sifarişi gətirməyinizə ehtiyac yoxdur” sözlərini qeyd edib. Kuryer sifarişi dəqiqləşdirmək üçün qadınla əlaqə saxlayıb.

Ertan Taşdemir adlı kuryer həmin anların videosunu sosial şəbəkələrdə paylaşıb.

Bəzi sosial şəbəkə istifadəçiləri videonun qurama olduğunu yazsa da, əksəriyyət bu cür xeyirxah insanların çox olduğunu qeyd edərək videonun reallığına şübhə etmədiklərini bildiriblər.

Billurə Yunus
 

Seçilən
5
2
azreform.info

3Mənbələr