AZ

Gəncə könülülləri ilə görüş FOTOLAR

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

15 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara  Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Gəncə  Regional  Asan  Xidmət  Mərkəzinin  könüllüləri  ilə  Gəncə  Dövlət  Milli Dram  Teatrında  görüş  keçirilib.

Gəncə Dövlət Milli Dram Teatrının Repertuar və dramaturgiya üzrə mütəxəssisi, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev Asan könüllülərinə Gəncə Dövlət Milli Dram Teatrının 130 illik tarixi və yaradıcılıq yolu haqqında ətraflı məlumat verib. Daha sonra könüllülər teatrın inzibati binası ilə yaxından tanış edilib. Həmçinin Gəncə Teatr Muzeyində olaraq burada nümayiş etdirilən ekosponatlar haqqında ətraflı danışılıb. 

Daha sonra Gəncə Dövlət Milli Dram Teatrının aparıcı səhnə ustası, Respublikanın Xalq artisti Pərvanə Qurbanovanın səhnə fəaliyyətindən bəhs edilən Rafiq Atakişiyevin qələmə aldığı “Səhnəmizin Pərvanəsi” və 44 günlük Vətən Müharibəsinin  Gəncə şəhərindən olan ilk şəhid övladı İlqar Vüqar oğlu Burcəliyevin  döyüş  yolundan  bəhs  edilən  Anar  Ərtoğrul  Burcəliyevin  qələmə aldığı  “Qayıtmayan  igidim,  Zəfərimin  İlqarı”  kitabları  Asan  könüllülərinə hədiyyə  edilib.     

Sonda Asan könülüllərini maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
2
cebheinfo.az

3Mənbələr