AZ

Hərbi xidmətə getməyənlərin NƏZƏRİNƏ: Qaydalar sərtləşdirilir

Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir.

Bu barədə Publika.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli Qanunu qəbul edilmişdir.

Həmin Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilmişdir.

Seçilən
29
13
publika.az

3Mənbələr