AZ

Tudor “Liverpul”un məşqçisini köməkçisi ilə səhv salıb - VİDEO

İngiltərənin “Tottenhem” futbol klubunun baş məşqçisi İqor Tüdor “Liverpul”la oyun öncəsi maraqlı hadisə ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, İngiltərə mətbuatı yazır ki, “Tottenhem”in baş məşqçisi köməkçisi Allan Diksonu səhvən rəqib komandanın çalışdırıcısı Arne Slot ilə səhv salıb.

Belə ki, “Tottenhem” - “Liverpul” (1:1) matçından əvvəl Tudor arxadan yaxınlaşaraq başında saç olmayan köməkçisi Allan Diksonun çiyninə vurub, onu qucaqlayıb və gülümsəyib.

Daha sonra xorvatiyalı mütəxəssis rəqib komandanın ehtiyat oyunçular skamyasına yaxınlaşaraq Slotla əl sıxıb. Hadisə ilə bağlı ehtimalı “Daily Mail”, “Sky Sports”, “Goal” və “Daily Mirror” kimi nəşrlər irəli sürüb.

İdman.Biz
Seçilən
8
1
idman.biz

2Mənbələr