AZ

Rusiya Zaporojye və Xersona zərbələr endirib, yaralılar var

Rusiya qoşunlarının Ukraynanın Xerson və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində 11 nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna KİV-i Vilayət Hərbi Administrasiyalarının rəhbərlərinə istinadən məlumat yayıb.

Zaporojye vilayət hərbi administrasiyasının rəisi İvan Fyodorov bildirib ki, Zaporojyenin bombalanması nəticəsində 6 nəfər xəsarət alıb.

Eyni zamanda, Xerson Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Prokudin qeyd edib ki, hücumlar nəticəsində beş mülki şəxs yaralanıb.

Seçilən
11
2
far.az

3Mənbələr