AZ

BƏƏ limanında neft ixracı yenidən başladı

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyrə limanında neftin tankerlərə yüklənməsi pilotsuz uçuş aparatının hücumundan sonra yenidən bərpa edilib.Metbuat.az xəbər verir ki, bu barədə "Bloomberg" vəziyyətlə tanış mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Hörmüz boğazından kənarda yerləşən Əl-Füceyrədə əməliyyatlar yenidən başlayıb. Lakin Əbu-Dabinin milli neft şirkəti olan Abu Dhabi National Oil Company məsələ ilə bağlı şərh verməyib.Xatırladaq ki, yerli hakimiyyət orqanları şənbə günü həmin ərazidə hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini açıqlamışdı. Dronun qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Yanğın bazar günü səhər saatlarında söndürülüb.Bloomberg qeyd edir ki, Əl-Füceyrəyə uzanan neft kəməri BƏƏ-yə nefti Hörmüz boğazından yan keçməklə ixrac etməyə imkan verir. Hazırda isə ABŞ və İsrailin İranla münaqişəsi fonunda bu boğazda hərəkət xeyli məhdudlaşıb.Eyni zamanda, "Times of Israel" yazır ki, İran son dövrlərdə BƏƏ, Səudiyyə Ərəbistanı və Bəhreynə zərbələr endirib. Bundan başqa, gecə yarısından sonra İsrail altı dalğa İran raket hücumu ilə üzləşib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyra limanında pilotsuz uçuş aparatı (PUA) hücumundan sonra yanğın baş vermişdi, bir sıra neft yükləmə əməliyyatları dayandırılmışdı.

Seçilən
5
9
metbuat.az

10Mənbələr