Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 16 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 23,8 milyon manat və ya 2,4 faiz artım qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 milyon manat və ya 1,7 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 58,6 milyon manat və ya 9 faiz artımla olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.