AZ

Lənkəranda yol qəzası - Xəsarət alan var

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonunun Qurumba kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Qaz-31" "Mercedes" markalı maşınla toqquşub. 

Hadisə nəticəsində "Mercedes"də olan 1972-ci il təvəllüdlü Elnarə Ağamehdi qızı Həsənova xəsarət alıb. 

Ona əraziyə cəlb olunan təcili tibbi yardım briqadası  tərəfindən ilkin tibbi xidmət göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
13
1
unikal.az

2Mənbələr