AZ

Həkim polenin alma və qoz-fındıqlara necə allergiyaya səbəb ola biləcəyini izah etdi

Allerqoloq bildirib ki, yaz mövsümündə yaranan polen allergiyası bəzi qidalara qarşı dözümsüzlüyə də səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, yaz aylarında bir çox insan ot qızdırması kimi tanınan mövsümi allergiya ilə üzləşir. Bu vəziyyət burun tıxanıqlığı, asqırma, gözlərin sulanması və qaşınma kimi əlamətlərlə özünü göstərə bilər.

Həkim qeyd edib ki, bəzi hallarda polen allergiyası müəyyən qidalara qarşı reaksiya ilə də müşayiət olunur. Məsələn, ağcaqayın tozcuğuna həssaslığı olan insanlarda alma və qoz-fındıqlara qarşı allergik reaksiyalar yarana bilər.

Mütəxəssis izah edib ki, bunun səbəbi bitkilərdəki və qidalardakı zülalların oxşarlığıdır. Orqanizm bu zülalları eyni şəkildə qəbul etdiyinə görə allergik reaksiya meydana çıxa bilər.

Allerqoloq belə hallarda mütəxəssisə müraciət etməyi, polen proqnozlarını izləməyi və allergiyanın nəzarətdə saxlanmasının vacibliyini vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
35
e-saglam.az

1Mənbələr