AZ

Rusiyada yenidən Telegramın işində problem yaranıb

Rusiyanın müxtəlif regionlarında yaşayan istifadəçilər Telegram messencerinin işində yenidən nasazlıqlar yarandığını bildiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Downdetector" xidmətinin məlumatlarında qeyd olunur.

Məlumata görə, messencerin fəaliyyəti ilə bağlı ən çox şikayət Sankt-Peterburq şəhərindən daxil olub. Bundan başqa, Omsk və Soçi sakinləri də problemlər barədə məlumat veriblər. İstifadəçilər mesaj göndərməkdə və media fayllarını yükləməkdə çətinlik yarandığını bildirirlər.

Bundan əvvəl, martın 15-də də Telegram messencerinin işində nasazlıqlar müşahidə olunmuşdu.  Həmin vaxt problemlər barədə Moskva və Moskva vilayəti, eləcə də Ryazan, Tver və İvanovo vilayətlərindən məlumat verilmişdi.

Seçilən
32
ikisahil.az

1Mənbələr