Bakı. Trend:
Türkiyənin Aralıq dənizi sahillərində güclü zəlzələ başverib.
Trend xəbər verirki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi(AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ 4,8 bal gücündə olub. Yerli vaxtla saat09:46 radələrində baş vermiş zəlzələnin episentri Aralıq dənizi,yeraltı ocağı isə 15 kilometr dərinlikdə qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.