AZ

Mən Oqtayın sənət əsəriyəm VİDEO

ain.az bildirir, Azxeber.com portalına istinadən.

"Oqtay olmasaydı mənim bu yerlərə gəlməyim çox çətin, bəlkə də mümkünsüz olardı. Mən onun sənət əsəriyəm".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevdən danışan zaman deyib.

"Zarafat bir yana" verilişində qonaq olan aktrisa həyat yoldaşının onun sənətinə olan heyranlığından danışıb:

"Oqtay olmasaydı mənim bu yerlərə gəlməyim çox çətin, bəlkə də mümkünsüz olardı. Düşünürəm ki, mən onun sənət əsəriyəm. Çünki o mənə bu meydanı verdi, şəraiti yaratdı, mən də ondan məmnuniyyətlə yararlandım. Oqtay mənim istedadımın ən böyük heyranı idi. Əgər təzə tanış olanda o bunu hiss etməsəydi, yəqin ki, mən onunla heç bir araya gəlməyəcəkdim.

Mən onun mənim istedadıma olan heyranlığına daha çox vuruldum. Onun yanaşması çox doğru idi, mənim özümdən qabaq istedadımı sevmişdi, mənə aktrisa kimi yanaşmışdı. Daha sonra məni sevdi. Mən də anladım ki, o mənim həyatımın vacib insanıdır, çünki sənətimi sevir. Mən də onu sevdim və bu mənə bəs edirdi".

Aysel

Bu gönderiyi Instagram'da gör

Azxeber Life (@azxeber_life)'in paylaştığı bir gönderi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
azxeber.com

1Mənbələr