AZ

Yaxın Şərqə göndəriləcək ABŞ hərbi təyyarələri Rumıniyada yerləşdirilir

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin Yaxın Şərqə göndəriləcək ilk 3 "Boeing KC-135 Stratotanker" yanacaqdolduran təyyarəsi Rumıniyaya çatıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "Digi24" telekanalı məlumat yayıb.

Təyyarələr Buxarestdə 90-cı aviabazada yerləşir. Orada onlara yanacaq doldurulacaq və ölkənin şərqindəki Mixail Koqelniçanu aviabazasına dislokasiya olunacaqlar.

Qeyd olunur ki, radiolokasiya sistemləri və hərbçilər hələ Rumıniyaya göndərilməyib.

Qeyd edək ki, ABŞ İrana qarşı əməliyyatların keçirilməsi üçün Mixail Koqelniçanu aviabazasından istifadəyə icazə verməsi ilə bağlı Rumıniyaya müraciət etmişdi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
3
cebheinfo.az

4Mənbələr