AZ

Gələcəyi söndürən vərdişlər: “Ağ ölüm”lə mübarizə qənaətbəxşdirmi? Qanun pozuntuları araşdırılmalıdır Deputat

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Son illərdə ölkədə narkomaniya və alqolizm ilə mübarizə məqsədi ilə çoxsaylı bərpa mərkəzləri fəaliyyət göstərir. Lakin bu sahə ilə bağlı müxtəlif fikirlər səslənir.

İddialara görə, həmin mərkəzlərin bir qismi qanuni əsaslarla fəaliyyət göstərmir.

Digər tərəfdən, sözügedən mərkəzlərdə müalicə və bərpa işinin peşəkar qaydada aparılmadığı, proseslərin düzgün metodlarla həyata keçirilmədiyi barədə iddialar da irəli sürülür.

Bu baxımdan, belə mərkəzlərin fəaliyyəti, onların qanuni statusu və müalicə prosesinin hansı qaydalarla aparılması məsələsi müzakirə mövzusuna çevrilir. 

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Razi Nurullayev qeyd edib ki, ölkədə narkomaniya və alkoqolizm kimi problemlərlə mübarizə aparılması son dərəcə vacibdir:

“Bu baxımdan reabilitasiya mərkəzlərinin mövcudluğu ümumilikdə müsbət hal kimi qiymətləndirilməlidir. Çünki asılılıq problemi yaşayan insanların müalicə alması, sosial həyata qayıtması və cəmiyyətə yenidən inteqrasiya olunması üçün belə müəssisələrə ehtiyac var.

Eyni zamanda, konkret olaraq bu mərkəzlərin necə fəaliyyət göstərməsi, hansı metodlardan istifadə etməsi və proseslərin hansı səviyyədə həyata keçirilməsi barədə mənim ətraflı məlumatım yoxdur. Bu məsələ birbaşa mənim fəaliyyət profilimə daxil olan sahələrdən deyil.

Hər halda hesab edirəm ki, bu sahə dövlət tərəfindən tənzimlənməlidir. Aidiyyəti dövlət qurumları — səhiyyə və sosial xidmət sahəsinə cavabdeh olan strukturlar — belə mərkəzlərin fəaliyyətinə nəzarət etməli, onların qanunvericiliyə uyğun işləməsini və xidmətlərin peşəkar səviyyədə göstərilməsini təmin etməlidir”.

Deputat hesab edir ki, əgər hansısa qanun pozuntuları və ya qeyri-peşəkar yanaşmalar varsa, bu məsələlər də məhz həmin qurumlar tərəfindən araşdırılmalı və lazımi tədbirlər görülməlidir:

“Əsas məqsəd odur ki, asılılıqdan əziyyət çəkən insanlar həqiqətən də effektiv müalicə və reabilitasiya ala bilsinlər və bu proses həm qanuni, həm də peşəkar çərçivədə həyata keçirilsin”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
icma.az

1Mənbələr