ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Avtomat sürət qutusu komfortlu sürüşün vacib elementlərindəndir. Müasir “avtomatlar” kifayət qədər etibarlı olsa da, düzgün yanaşma tələb edir. Səliqəli istismar edildikdə bu qurğular 300 min kilometr və daha çox xidmət edə bilir. Lakin heç də hər sürücü avtomat sürət qutusundan düzgün istifadəni bacarmır.
Avtosfer.az xəbər verir ki, sürücünün səhv vərdişləri transmissiyanın ömrünü qısaldır. Bunların başlıcası tam dayanmayan avtomobili D və ya R rejiminə keçirməkdir. Bu zaman detallar kəskin aşınır.
Bəzən sürücülər yerindən böyük sürətlə hərəkətə başlamaq üçün N rejimində böyük qaz verərək qəflətən D rejiminə keçirlər. Bu cür avtoxuliqanlıq mütəmadi edildikdə sürət qutusunun ömrünü 30-40 min kilometr qısaldır.
Çox rast gəlinən xətalardan biri də tam dayanmayan avtomobili P rejiminə keçirməkdir. Müasir avtomobillərdə elektronika buna imkan vermir. Lakin bir qədər köhnə maşınlarda risk böyükdür. Nisbətən böyük sürətdə çıxış valı qırıla bilər.
Sürücülərimizdə yaranmış bir stereotip də sürət qutusunun yağının (təkcə avtomat ötürmənin deyil) dəyişdirilməməsidir. Bir çoxlarında belə bir yanlış düşüncə hakimdir ki, zavodda tökülən yağ daha keyfiyyətlidir, sanki xarab olmur. Bu da tamamilə yanlış düşüncənin məhsuludur. Səhvi anlayanda artıq çox gec olur.
Vüqar Yaşaroğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.