AZ

Balıqların sayının artırılması üçün hansı işlər görülür? RƏSMİ CAVAB

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hazırda Azərbaycanda balıq ehtiyatlarının bərpası və davamlılığının təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər elmi tədqiqatların aparılması, balıq ehtiyatlarının artırılması, qanunsuz balıq ovuna qarşı mübarizə və akvakultura sahəsinin inkişaf etdirilməsi kimi əsas istiqamətləri əhatə edir".

Bu barədə BAKU.WS-in sorğuauna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.

Qeyd edilib ki, balıq ehtiyatlarının real vəziyyətini müəyyənləşdirmək və gələcək idarəetmə tədbirlərini planlaşdırmaq məqsədilə Xəzər dənizində və ölkənin daxili su hövzələrində genişmiqyaslı elmi ekspedisiya həyata keçirilib:

"Ekspedisiya çərçivəsində müxtəlif balıq növlərinin bioloji göstəriciləri öyrənilib, ultrasəs-sonar sistemləri vasitəsilə balıq sürülərinin miqrasiyası və sıxlığı müəyyən edilib, həmçinin su, zooplankton və fitoplankton nümunələri laborator analizlər üçün toplanıb. Aparılan tədqiqatların nəticələri balıq ehtiyatlarının qiymətləndirilməsi və gələcək buraxılış proqramlarının planlaşdırılması üçün əsas baza rolunu oynayıb.

Eyni zamanda balıq ehtiyatlarının artırılması məqsədilə təbii su hövzələrinə körpə balıqların buraxılması tədbirləri həyata keçirilir. Bununla yanaşı, balıq ehtiyatlarının qorunması istiqamətində qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri də gücləndirilib. Keçirilən reydlər zamanı qanunsuz balıq ovu ilə bağlı bir sıra inzibati protokollar tərtib edilir, bəzi hallarda isə cinayət məsuliyyəti tədbirləri tətbiq olunur".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
baku.ws

2Mənbələr