AZ

Kiyevə dron hücumu - Kliçkodan ÇAĞIRIŞ: evdə qalın !

Bu gün səhər Kiyevdə Rusiyanın Ukrayna paytaxtına pilotsuz təyyarəsinin hücumu zamanı bir sıra partlayışlar eşidilib.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, səhər saat 7:20 radələrində hava hücumu sirenləri səslənib, təxminən 20 dəqiqə sonra partlayışlar və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti eşidilib.

Telegram monitorinq kanallarına görə, 30-a qədər "Şahed" tipli dron enerji infrastrukturunu hədəf alır. Kiyev meri Vitali Kliçko "Telegram"da bildirib ki , pilotsuz təyyarənin qalıqları paytaxtın tam mərkəzinə düşüb. Yanğın və ya itki yoxdur. Düşmənin Kiyevə hücumu davam edir. Sığınacaqlarda qalın».

Aydın Baxış

Seçilən
10
2
bakivaxti.az

3Mənbələr