Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Aprelin 1-dən partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdikləri maliyyə hesabatları açıqlanacaq.
APA-nın xəbərinə görə, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir.
Artıq Yeni Azərbaycan Partiyası (YAP) da 2025-ci il üzrə maliyyə hesabatını MSK-ya təqdim edib.
Qanunvericiliyə uyğun olaraq, aprelin 1-dək təqdim edilən hesabatların MSK tərəfindən araşdırılması prosesi yekunlaşmalıdır. Aprelin 1-dən başlayaraq partiyaların illik maliyyə hesabatları MSK-nın saytında yerləşdirilərək ictimailəşdiriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.