AZ

Səudiyyə Ərəbistanının vəliəhdi Trampı İrana qarşı daha sərt addımlar atmağa çağırıb

Məhəmməd bin Salman ABŞ prezidenti ilə mütəmadi təmas saxlayaraq Tehran üzərində təzyiqin artırılmasını tövsiyə edib...

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampa İranla bağlı siyasətdə daha sərt xətt tutmağı tövsiyə edib.

Poliqon xəbər verir ki, u barədə The New York Times nəşri məlumat yayıb.

Məlumata görə, Səudiyyə vəliəhdi Trampa İran rəhbərliyinə qarşı təzyiqin davam etdirilməsinin vacib olduğunu bildirib və Vaşinqtonu Tehrana qarşı sərt hərbi və siyasi addımları davam etdirməyə çağırıb.

Nəşrin yazdığına görə, Məhəmməd bin Salman Donald Trampa “iranlılara qarşı sərt zərbələri davam etdirməyi” məsləhət görüb. Mənbələr bildirirlər ki, iki lider hazırkı regional gərginlik fonunda tez-tez əlaqə saxlayır və vəziyyəti müzakirə edirlər.

Analitiklərin fikrincə, Səudiyyə Ərəbistanının bu mövqeyi Yaxın Şərqdə İranın təsirinin artması ilə bağlı Riyadın narahatlıqlarını əks etdirir. Səudiyyə rəhbərliyi uzun illərdir regionda İranla geosiyasi rəqabət aparır və Tehranı əsas təhlükəsizlik çağırışlarından biri hesab edir.

Ekspertlər qeyd edirlər ki, ABŞ və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik sahəsində sıx əməkdaşlıq mövcuddur və regiondakı böhranlar zamanı tərəflər arasında koordinasiya daha da güclənir.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr