“Neftçi” ölkə çempionatlarında 150-ci penaltisini vurub.
"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 24-cü turunun “Qəbələ” ilə səfər matçına (3:1) təsadüf edib. Emin Mahmudov komandasının görüşdəki 2-ci qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb.
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 34 mövsümdə vurduğu 150 penaltidən 120-ni qola çevirib. Paytaxt təmsilçisinin dəqiqlik faizi 80-ə bərabərdi.
“Neftçi” turnirin tarixi ərzində vurulan penalti sayında yalnız “Qarabağ”dan geri qalır. Hər iki komanda 1992-ci ildən premyer-liqanın (əvvəl güclülər dəstəsi) daimi iştirakçılarıdı.
“Neftçi” ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta