AZ

UEFA "Finalissima"nı ləğv etdi - RƏSMİ

UEFA "Finalissima"nın ləğv olunduğunu rəsmən elan edib. 

Fanat.Az xəbər verir ki, beləliklə, İspaniya və Argentina milli komandaları kubok uğrunda yarışmayacaq. 

Bölgədəki döyüşlər səbəbindən, planlaşdırıldığı kimi, 27 martda Qətərdə keçirilməli olan matç bu səbəbdən ləğv olunub. UEFA Argentina tərəfinin təklif olunan alternativlərini də rədd edib. 

Argentina matçın dünya çempionatından sonra keçirməyi təklif edirdi, lakin İspaniyanın orada boş tarixləri yoxdur. 

Finalissima Avropa və Cənubi Amerika çempionlarından hansının daha güclü olduğunu müəyyən edən matçdır. Ötən dəfə Argentina İtaliyanı 3:0 hesabı ilə darmadağın edib.

Seçilən
22
1
fanat.az

2Mənbələr