AZ

Bakıda tarixi binanın tikildiyi tarix səhv göstərilib? Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Murtuza Muxtarov küçəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış evinin (Yaşayış evi, inventar 3409) üzərində 1910 tarixi yazıldığı halda, lövhədə binanın 1912-ci ildə tikildiyi göstərilir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və foto paylaşılıb. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, 2001-ci ildə təsdiq olunmuş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında bir sıra abidələrin tarixi, ünvanları ilə bağlı yanlışlıqlar mövcuddur: “Sözügedən abidənin inşa tarixi 2001-ci ildə təsdiq olunmuş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında 1912-ci il olaraq qeyd olunub. Bu sahədə üstün hüquqi sənəd həmin qərar olduğu üçün orada verilmiş tarixi məlumatlar əsas götürülüb və məlumat lövhəsi də ona uyğun hazırlanıb.

Sözügedən siyahıda bir sıra abidələrin tarixi, ünvanları ilə bağlı yanlışlıqlar mövcuddur. Həmin siyahının yenilənməsi üçün Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb. Tarix və mədəniyyət abidələrinin siyahısına dəyişikliklər edilməkdədir və adları, ünvanları, eləcə də tarixləri düzgün göstərilməyən abidələrin məlumatlarına da mərhələli şəkildə düzəlişlər olunur. Həmin abidənin üzərindən məlumat lövhəsinin götürülməməsi, məlumatlara düzəliş edilənədək tarixi tikilinin mühafizə olunduğunu diqqətə çatdırmaq məqsədi daşıyır”. 

Qurumdan əlavə olaraq bildirilib ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş olunub, eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Lamiyə Məmmədova 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
qafqazinfo.az

2Mənbələr