AZ

Bayram günlərində teatr balaca tamaşaçıları sevindirəcək

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 mart, AZƏRTAC

İrəvan Dövlət Azərbaycan Dram Teatrının təmirdən sonra istifadəyə verilmiş yeni binası qapılarını tamaşaçıların üzünə açır. Bayram günlərində teatr balaca tamaşaçıları sevindirəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 18-dən 21-dək sənət ocağında dramaturq Şəbnəm Xeyrullanın "Bahar niyə küsüb?pyesi əsasında quruluşçu rejissor İlhamə Əhmədova tərəfindən hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

İnteraktiv bayram oyunu janrında hazırlanmış tamaşa həm azyaşlıları əyləndirmək, həm də təbiəti sevməyi, qorumağı öyrətmək məqsədi daşıyır. Milli folklor qəhrəmanlarının, türkdilli xalqların nümayəndələrinin, təbiət ünsürlərinin yer aldığı bayram tamaşası həmrəylik, dostluq, təbiətə qayğı ismarışları daşıyır.

Tamaşada teatrın aktyorları Əmrulla Nurullayev, Anar Həşimov, Samir Əliyev, Cavid Babayev, Pərvin Dadaşova, Xədicə Məmmədova, Güney Əliyeva, Ramilə Abasova, Sevinc Hüseynova Bəxtiyar, Müdvər Nemətova, Zəki Fətəliyev iştirak edirlər.

Tamaşanın rəssamı Şəmsiyyə Şükürova, musiqi tərtibatçısı İmaməli İmaməliyevdir.

Biletləri teatrın kassasından əldə etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
azertag.az

5Mənbələr