AZ

“Yaşıl enerji dəhlizləri: Azərbaycanın strateji baxışı” ustad dərsi

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 27 Mart –Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Yaşıl enerji dəhlizləri: Azərbaycanın strateji baxışı” mövzusunda ustad dərsi keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən ustad dərsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini iqtisad elmləri doktoru Ramil Hüseyn məruzə ilə çıxış edib.

Məruzədə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində ölkəmizin yaşıl artım ölkəsinə çevrilməsi istiqamətində müəyyən edilmiş hədəflərdən bəhs olunub. Bildirilib ki, bu prioritet çərçivəsində yaşıl enerjiyə keçidin dəstəklənməsi, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və dayanıqlı enerji sisteminin formalaşdırılması böyük əhəmiyyət daşıyır.

Diqqətə çatdırılıb ki, Azərbaycanda 2030-cu ilədək 6 giqavat, 2032-ci ilədək isə 8 giqavat gücündə yaşıl enerji istehsal edən külək və Günəş elektrik stansiyalarının istismara verilməsi nəzərdə tutulur. Azərbaycanın yaşıl enerji potensialının ixracı üçün “Xəzər–Qaradəniz–Avropa”, “Azərbaycan–Türkiyə–Avropa” və “Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa” enerji dəhlizləri mühüm strateji əhəmiyyət kəsb edir.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
azertag.az

1Mənbələr