AZ

“Superjet” təyyarəsinin yeni sınaq mərhələsi Arxanqelskdə keçiriləcək

SSJ-100 “Superjet” təyyarəsi “buz sınağı” üçün yola düşüb. Rusiyanın Birləşmiş Aviasiya Korporasiyası tərəfindən hazırlanmış təyyarə Jukovskidən Arxanqelskə çatıb. Təyyarə təxminən 1200 km məsafəni 1 saat 40 dəqiqəyə qət edib.

Herbiand.az “Rostex” korporasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, təyyarə təbii buzlanma şəraitində sertifikatlaşdırma sınaq uçuşlarından keçəcək.

Proqram zamanı mütəxəssislər təyyarənin struktur elementlərində buz əmələ gəldikdə onun sistemlərinin və avadanlıqlarının işini sınaqdan keçirəcəklər. Bu, təyyarənin sertifikatlaşdırılmasının məcburi mərhələlərindən biridir. Bu parametrləri qeyd etmək üçün təyyarə sensorlar və videokameralar da daxil olmaqla xüsusi avadanlıqlarla təchiz olunacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
26
herbiand.az

1Mənbələr