AZ

Tanınmış yazıçı sənət adamlarına irad tutdu: “Niyə belə rəsmi geyinirlər?”

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Sənət adamı niyə belə rəsmi geyinsin axı...”

Modern.az xəbər verir ki, bunu tanınmış yazıçı Şərif Ağayar aralarında Xalq və Əməkdar artislərin olduğu bir qrup sənət adamının şəklini sosial şəbəkədə paylaşmaqla yazdığı şərhdə bildirib.

“Elə bil icra başçılarının görüşüdür.

Bu nəyin konpensasiyasıdır?

Nə çatışmır?

Zövq?

Dünyagörüşü?

Mütaliə?

Vizyon?

Öz sənətinə inanmamaq və güvənməmək?

Bəlkə, məmurların həyatına həsəd?

"Addan, puldan, evdən verin, biz də sizdənik" mesajı?

Bilmirəm!

Bir onu bilirəm ki, belə olmamalıdır...”, - deyə yazıçı öz şərhində vurğulayıb.Şərif Ağayarın paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və ciddi müzakirəyə səbəb olub.

Çox sayda rəy yazanlar arasında yazıçını qınayanlar da olub, onun tərəfini tutanlar da. Həmçinin, paylaşıma tərəfsiz yanaşmağa çalışanlar da olub.Yazıçının tərəfini tutanların bəziləri sənət adamlarının geyimini “Sovetdənqalma rəsmiyyət” adlandırıb.Şərif Ağayarı qınayanlar isə onu sənət adamlarına yersiz irad bildirməkdə, geyimlə bağlı zövqsüz olmaqda məzəmmət ediblər.Şərif Ağayarın özü əsas vurğusunun sənət adamlarının qalstuk taxması ilə bağlı olduğunu qeyd edib.A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
modern.az

2Mənbələr