AZ

SON DƏQİQƏ! İsrail İranda oğlanlar məktəbini vurdu

Bu gün səhər saatlarında ABŞ və İsrailin hava zərbəsi Xomeyn şəhərində yerləşən Şəhid Xomeyni Oğlanlar Məktəbinə dəyib.

Sitat.info bu barədə İranın Fars Xəbər Agentliyinə istinadən məlumat verir. 

Daha sonra Mehr Xəbər Agentliyi Markəzi əyalətinin qubernator müavininə istinadən bildirib ki, Xomeyn şəhərində bir məktəbə zərbə endirilib.

Onun sözlərinə görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb, lakin məktəbin yaxınlığında yerləşən bir neçə evə ziyan dəyib.

İranın Qızıl Aypara Cəmiyyəti isə özünün Telegram paylaşımında daha əvvəl Fars agentliyinin yayımladığı eyni fotoları dərc edib.

Nigar,

Sitat.info

Seçilən
5
sitat.info

1Mənbələr