AZ

Bakıda ər ona yemək hazırlamayan arvadın döydü

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Abşeron rayonunda 1985-ci il təvəllüdlü İsrafil həyat yoldaşı Nüşabəyə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 9-da baş verib. İsrafil həmin gün saat 14 radələrində yaşadığı evdə arvadı Nüşabənin yemək hazırlamadığına görə ona irad bildirib. Tərəflər arasında həmin səbəbdən ailə məişət münasibətləri zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib. O, əsəbiləşərək arvadının üzərinə hücum edib, əl, yumruq zərbələri ilə onun müxtəlif nahiyyələrinə zərbələr vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İsrafilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən İsrafil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nüşabə ilə 2012-ci ildə ailə həyatı qurub, birgə nikahdan iki azyaşlı övladı var: “Əvvəllər Nüşabə ilə münasibətimiz normal olub. Son zamanlar ara-sıra aramızda ailədaxili mübahisələrimiz oldu. Yanvarın 9-da, saat 14:00-da yaşadığım evdə olarkən Nüşabəyə yemək hazırlamağını söylədim. O, isə dediklərimə əhəmiyyət vermədi, öz işləri ilə məşğul olub. Bu səbəbdən aramızda sözlə mübahisə baş verdi. Baş verən mübahisə zamanı əsəbiləşərək Nüşabənin üzərinə gedərək əl, yumruq zərbələri ilə onun sifət, baş, sinə və bədəninin digər nahiyələrinə vurdum. Onu döydüm”.Bu işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Bu səbəbdən zərərçəkən ona qarşı şikayətini geri

götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
demokrat.az

1Mənbələr