AZ

İrandan ABŞ-a açıq hədə: Tramp geri çəkilməsə...

İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin hərbi əməliyyatları davam etdirəcəyini bəyan edib.

Publika.az xəbər verir ki, o, bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, İran silahlı qüvvələri ABŞ prezidenti Donald Tramp səhvini anlayana qədər hücumları dayandırmayacaq.

“Onun həm iranlılara, həm də amerikalılara zorla qəbul etdirdiyi qanunsuz müharibə böyük səhvdir və bir daha təkrarlanmamalıdır”, - deyə Əraqçi qeyd edib.

O, həmçinin münaqişə nəticəsində zərər çəkənlərə kompensasiya ödəniləcəyini vəd edib.

Seçilən
22
publika.az

1Mənbələr