AZ

Daha bir icra hakimiyyətində ixtisar: 43 vəzifə ləğv edildi

Bərdə Rayon İcra Hakimiyyətində 43 vəzifə ləğv edilib.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, həmin vəzifələr icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə ixtisara düşüb. Nəticədə həmin vəzifədə çalışan 43 nəfər vəzifəsini itirib.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin sərəncamı ilə vəzifəsini itirən həmin şəxslərin dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.

Məlumata görə, vəzifəsini itirənlərdən 35 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi – baş mühasibidir. Digər şəxslər isə Bərdə Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

Məlumata görə, vəzifəsi ləğv edilənlərdən dörd nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilib. Qalan 39 nəfər isə hazırda işsizdir.

Seçilən
23
49
nocomment.az

10Mənbələr