Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, martın 9-da 11 illik buraxılış imtahanında Azərbyacan dili fənninin sullarının çətin olması ilə bağlı narazılıqlar var idi. Ötən gün isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib.
Bəs dünənki imtahanda sulların çətinlik səviyyəsi necə olub?
Redaktor.az-a danışan Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muraxdan Hüseynov bildirdi ki, əgər birinci imtahan çətin düşübsə, istər-istəməz ədalət prinsipini qorumaq üçün yenə də suallar eyni formada olmalı idi və elə gözlənilən də oldu:
.jpg)
"Suallar daha çətin idi, xüsusilə də Azərbaycan dilinin qrammatika sualları. Suallar şagirdlərin cavablandırması üçün əməlli-başlı çətinlik yaradıb. Müsbətə doğru heç nə yoxdur. Yenə suallar çətin idi. Düzdür, səhvlər yox idi. Səhvlər olmasa belə suallarda qoyulan məsələlər uşaqlarda ciddi şəkildə problemlər yaradıb. Allah kömək olsun, vəziyyət belədir".
Aytəkin TOFİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.