AZ

Ağ Ev İrana hücumun xərclərini açıqladı

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı indiyə qədər ABŞ xəzinəsinə 12 milyard dollara başa gəlib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett “CBS News” telekanalına bildirib.

“Mənə bildirilən son rəqəm 12 milyard dollar idi”, - deyə o, qeyd edib.

Lakin o, bunun iki həftədən çoxdur davam edən bütün əməliyyat üçün və ya hər hansı bir mərhələ üçün olub-olmadığını dəqiqləşdirməyib.

Bundan əlavə, Hassett Amerika administrasiyasının hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər resursa malik olduğunu bildirib.

Ancaq o, Ağ Evin Konqresdən İrana zərbə üçün əlavə maliyyələşdirmə tələb etmək ehtimalını da istisna etməyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ administrasiyası Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı Konqresə təqdim etdiyi sənədlərdə İrana hücumların ilk həftə üçün ən azı 11,3 milyard dollara başa gəldiyini bildirmişdi.

“The New York Times” qəzeti isə bu rəqəmə xüsusi əməliyyata hazırlıq məqsədilə hərbi texnikanın və personalın daşınması kimi bir çox xərclərin daxil olmadığını qeyd etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
1
yeniavaz.com

2Mənbələr