AZ

Qazaxıstanda referendum: Seçicilərin 87.15 faizi yeni Konstitusiyanı dəstəklədi

ain.az, Gununsesi saytına istinadən bildirir.

Qazaxıstanda seçicilərin 87.15 faizi referenduma çıxarılan konstitusiya layihəsini dəstəkləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyası martın 16-da Astanada brifinqdə bu haqda məlumat verib.

Belə ki, 9.8 faiz – 898 min 99 seçici sənədə qarşı çıxıb.

Rəsmi məlumata görə, seçici fəallığı 73.1 faiz təşkil edib.

Xatırladaq ki, referendumun baş tutmuş sayılması üçün səsvermə hüququ olanların azı yarısının iştirakı tələb olunurdu.

Onu da qeyd edək ki, Qazaxıstanın yeni konstitusiyasının layihəsi bu il fevralın 12-də mediada dərc olunub. Seçicilərdən bu layihəni qəbul edib-etmədikləri soruşulub.

Layihə prezident Kasım-Jomart Tokayevin təşəbbüsü və iştirakı ilə hazırlanıb. Sənəddə ikipalatalı parlamentdən birpalatalı parlamentə keçid, öz namizədliyini irəli sürmək imkanından imtina nəzərdə tutulur. Deputatlar partiya siyahıları üzrə seçiləcək.

Layihəyə görə, qanunvericilik təşəbbüsü hüququna malik Xalq Şurası məsləhətçi orqanı yaradılacaq. Amma onun formalaşdırılması parametrləri göstərilməyib. Tokayev deyib ki, şurada prezidentin təyin etdiyi 126 nəfər təmsil olunacaq. Vitse-prezident institutu da təsis edilir. Dövlət başçısı parlamentin razılığı olmadan hakimiyyət orqanlarında əsas vəzifələrə təyinatlar edə biləcək.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
icma.az

1Mənbələr