AZ

Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR

Ajans.az xəbər verir ki, həmin vəzifələr icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə ixtisara düşüb. Nəticədə həmin vəzifədə çalışan 43 nəfər vəzifəsini itirib. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin sərəncamı ilə vəzifəsini itirən həmin şəxslərin dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Məlumata görə, vəzifəsini itirənlərdən 35 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi - baş mühasibidir. Digər şəxslər isə Bərdə Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır. Məlumata görə, vəzifəsi ləğv edilənlərdən dörd nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilib. Qalan 39 nəfər isə hazırda işsizdir.

Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin isə 44 əməkdaşı vəzifələrindən azad ediliblər./oxu.az

Seçilən
19
31
Ajans.az

10Mənbələr