AZ

Azərbaycanda 23 mindən çox avtomobil utilizasiya olunub

BAKI, 16 mart. TELEQRAF

Nəqliyyat vasitələrinin utilizasiya proqramı çərçivəsində 23 589 avtomobil utilizasiya olunub.

Teleqraf xəbər verir ki, bu barədə məlumat WUF13 çərçivəsində jurnalistlər üçün “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi mediatur zamanı verilib.

Bildirilib ki, utilizasiya proqramı çərçivəsində 1273 yeni nəqliyyat yeni nəqliyyat vasitəsi əldə edib.

Qeyd olunub ki, hazırda ölkə üzrə üç utilizasiya mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər Bakı, Abşeron və Gəncə şəhərlərində yerləşir.

Seçilən
27
1
teleqraf.com

2Mənbələr