AZ

Türkiyədən Krımla bağlı açıqlama



Türkiyə Krımın Rusiya tərəfindən qanunsuz ilhaqını tanımır.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi Krımın ilhaqının 12-ci ildönümü ilə bağlı yaydığı bəyanatda vurğulayıb. Nazirlik bildirib ki, bu, beynəlxalq hüquqa ziddir.

Bəyanatda Rusiya Federasiyasının Krım Muxtar Respublikasını qanunsuz referendum nəticəsində ilhaq etdiyi xatırladılır və ilhaqın on ikinci ildönümündə bir daha təsdiqləyir ki, beynəlxalq hüquqa zidd olan de-fakto vəziyyət tanınmır.

Bəyanatda Türkiyənin Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyinin davam etdiyi vurğulanır və Türkiyə yarımadadakı hadisələri, xüsusən də Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə və gündəmdə saxlamağa davam edəcək.

Qeyd edək ki, 16 mart 2014-cü ildə Krım tatarlarının boykotuna baxmayaraq, yarımadada Rusiyaya birləşmək üçün qondarma referendum keçirildi. Nəticə Krımın Rusiyaya birləşməsinin lehinə səsvermə kimi elan edildi.

Süleyman
Seçilən
26
newscenter.az

1Mənbələr