Azərbaycanın quru sərhədləri bu il iyulun 1-dək bağlı qalacaq.
“Yeni Sabah” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı imzaladığı qərarda öz əksini tapıb.
Qərar koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verilib.
Qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək artırılıb.
Karantin rejiminin əsas bəndlərindən biri quru sərhdələrin bağlı saxlanılmasıdır. Baş nazirin yeni qərarı ölkənin quru sərhərlərinin daha 3 ay bağlı qalacağı deməkdir.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın 24-dən tətbiq edilir.
Nazim Hacıyev
Telegram kanalımız